Mərkəzi Bankın valyuta ehtiyatları 9.2 milyard dollara çatıb

11:15 05.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9.2 milyard ABŞ dollarına çatıb.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq.

T.Kazımov vurğulayıb ki, qeyri-neft ÜDM-də artımın 5,7%-ə çatacağı proqnozlaşdırılır.

Oxunma sayı 86