Mərkəzi Bankın valyuta ehtiyatları artıb

16:50 01.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Hafta.az AMB-yə istinadla xəbər verir ki, bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 244 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 48,1 milyon dollar çoxdur.