Yazını böyüt
Yazını kiçilt
“Polis tərəfindən qadına gözyaşardıcı qazın istifadə edilməsi doğru deyil və məsələ ilə bağlı əraziyə komissiya göndərib. Eyni zamanda insanların polisə daş atmasını da düzgün hesab etmirəm”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov bildirib.
“Narazılıq ola bilər. Amma narazılığı ifadə etməyin, yoluna qoymağın da öz yolları var. Bu daş atmadan edilə bilər. İnsidentin yaradılması məsələnin həlli yolu deyil”- deputat bildirib.
A.Badamov qeyd edib ki, bu gün siyasi sabitliyi pozaraq ölkəmizi zəiflətmək istəyən xarici qüvvələr həddən artıq çoxdur. Ona görə də məsələ dərindən araşdırılmaldır.