Məşhur avtomobil zavodu velosiped istehsal edəcək

10:45 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir tərəfdən avtomobil sektorundakı durğunluq, digər tərəfdən də velosipedə marağın artması rusları yerli istehsalda yeni addımlar atmağa məcbur edir. Moskvada "Velobike" velosiped paylaşma sisteminin tamamilə yerli istehsal velosipedlərinə keçməsi üçün düyməyə basılıb.

Hafta.az-ın “Komsomolskaya Pravda”ya istinadən yazdığına görə, məşhur “Moskvic” avtomobil zavodu velosiped paylaşım sistemində istifadə üçün yerli istehsala başlayacaq. Bundan əlavə, “Velobike” velosiped paylaşma xidməti Rusiyanın İT infrastrukturuna keçmək qərarına gəlib.

Bu qərarın sanksiyalardan sonra xaricdən velosiped idxalının çətinləşməsi səbəbindən verildiyi bildirilir.

Bu il Moskvada 776 velosiped icarəsi məntəqəsinin işə salınması ilə bu rəqəmin 10 mini keçəcəyi gözlənilir.