Metroda bədbəxt hadisə: Sərnişin qatar altına düşüb öldü

15:40 03.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.

Hafta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb. O bildirib ki, qatar maşinisti dərhal əyləcləməni sıxıb. Yüksək gərginlik aradan qaldırılıb:

"Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Kişi sərnişin qatarın altından çıxarılsa da, təəssüf ki, dünyasını dəyişib".