“Milan” İtaliya çempionatının qalibi olub

23:25 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya çempionatının 38-ci turunda "Sassuolo" futbol klubunu 3:0 hesabı ilə məğlub edən "Milan" komandası A Seriyasının qalibi olub.

Hafta.az xəbər verir ki, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.

“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.

Beləliklə, "Milan" 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb.

Oxunma sayı 78