Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

11:58 07.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, deputat Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək. 

Səfər aprelin 14-də başa çatacaq.