Milli Teatr gününə həsr olunmuş fləşmob keçirilib

10:42 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən “Hər yerdə teatr” layihəsinə start verilib.

Hafta.az xəbər verir ki, Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.

“İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.