Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində rəsm sərgisi keçirilib

10:35 28.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Esmeralda rəsm studiası"nın təşkilatçılığı ilə orta məktəb şagirdlərinin və bəzi rəssamların Azərbaycan və Misirə aid rəsm əsərlərinin sərgisi keçirilib.

Hafta.az-ın yazdığına görə, sərginin açılışında mərkəzin müdiri, professor Tarek Məhəmməd Misiri görmədikləri halda belə möhtəşəm rəsm əsərlərini ərsəyə gətirdikləri üçün iştirakçılara təşəkkür edib.

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.