Misirlə Azərbaycan arasında tikinti sektorunda əməkdaşlığın perspektivlərini ətraflı müzakirə etmək məqsədilə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hişam Məhəmməd Naqi Abdel Hamidlə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təmsilçiləri arasında görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, ATMİA-nın icraçı direktoru Şahanə Sarı qurumun əsas məqsədinin tikinti materialları istehsalına dəstək vermək, bu sektorun inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək olduğunu bildirib. Yerli və xarici istehsalçıları bir araya gətirərək, bu sahədəki innovasiyaların dünyaya tanıdılması sahəsində ATMİA-nın imkanlarının olduğu diqqətə çatdırılıb.
Cənab Hişam Məhəmməd Naqi Abdel Hamid Misirlə Azərbaycan arasında tikinti sektorunda əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, misirli investorlarının Azərbaycana cəlb olunması üçün böyük resursların mövcud olduğundan danışıb.
Səfir ATMİA-nın Fəxri Üzvü seçilməsi ilə bağlı xəbərdən məmnunluğunu ifadə edib.