Moskva birjasında türk lirəsi ilə əməliyyatların həcmi Qazaxıstan təngəsini ötüb

13:10 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın maliyyə birjalarında türk lirəsi ilə aparılan əməliyyatların həcmi Qazaxıstan təngəsini geridə qoyub.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, yuan, dollar və avroya çatmaq asan olmasa da, lirənin gündəlik ticarət həcmi 2 milyard rublu (26 milyon dollar) keçir.

Qəzetin yazdığına görə, Türkiyədən tranzit keçidlərinin qismən də olsa bərpasına qarşı Qazaxıstanın gömrük nəzarətini gücləndirmək yönümündə addımlar atdığı xəbərləri yayılıb. Bu da Türkiyə lirəsinin alıcılıq qabiliyyətini artırır.

Birjada ən çox satılan xarici valyuta gündə 100 milyard rublla yuandır. “Kommersant” yazıb ki, Türkiyə ilə Rusiya arasında aktiv ticarət əlaqələrinə baxmayaraq, lirə birjada gözləniləndən daha az populyarlaşıb.