Yazını böyüt
Yazını kiçilt
Türkiyədən Rusiyanın Kuban vilayətinə gətirilən 279 ton sitrus meyvəsinin tərkibində sağlamlığa zərərli maddələrin olduğu əsas gətirilərək ölkəyə buraxılmayıb.
Hafta.az-ın yazdığına görə, kənd təsərrüfatına nəzarət qurumu “Rosselhoznadzor”un mətbuat xidmətindən verilən açıqlamada, tərkibində Aralıq dənizi meyvə milçəklərinin olduğu aşkarlanan 13 partiyada gətirilən ümumilikdə 279 ton sitrus meyvəsinin ölkəyə buraxılmadığı bildirilib.
Məlumata əsasən, 153 ton naringi, 106 ton portağal və 19 ton qreypfrutda zərərli maddələr aşkar edilib.