Yazını böyüt
Yazını kiçilt
Moskvada dron hücumları ilə bağlı foto və videoların yayılmasına məhdudiyyət qoyulub.
Hafta.az xəbər verir ki, bununla bağlı paytaxt meriyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəbul edilən qərara əsasən, dron hücumları ilə bağlı foto və video materialların internet resurslarında və sosial şəbəkələrdə dərcinə qadağa qoyulub.
Moskva hökuməti qeyd edib ki, məqsəd ictimai təhlükəsizliyi təmin etmək və saxta məlumatların yayılmasının qarşısını almaqdır.
Eyni zamanda vurğulanıb ki, məhdudiyyətlər Rusiya Müdafiə Nazirliyi, Moskva meriyası və şəhər hökumətinin rəsmi məlumatlarına şamil edilmir.