Müharibədə itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürülüb

10:20 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailə üzvlərindən bioloji nümunələr götürülüb.

 

Hafta.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda məlumat yer alıb.

 

Qeyd edilib ki, 793 bioloji referent nümunəsi insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən götürülüb.