Tanışlıq proqramı “Mamba” prezident seçkilərindən əvvəl Moskvadan olan istifadəçilərdən tərəfdaşlar arasında siyasi konsensusun nə qədər vacib olduğunu soruşub. Sorğu iştirakçılarının 89 faizi bəyan edir ki, tərəfdaşların oxşar siyasi baxışlara malik olması vacibdir.
Hafta.az-ın yazdığına görə, uşaq sahibi olmaqla bağlı eyni fikirləri bölüşməyi vacib sayanların nisbəti 31 faiz olub.
Bu arada, siyasi konsensusa önəm verənlərin nisbəti qadınlar arasında kişilərə nisbətən daha yüksəkdir.
Fərqli siyasi fikrə sahib olduqları üzə çıxsa partnyorunu razı salmağa çalışacaqlarını bəyan edənlərin nisbəti kişilər arasında 37 faiz, qadınlarda isə cəmi 5 faizdir.
Buna görə də qadınların əksəriyyəti belə bir vəziyyətdə bir daha siyasətdən danışmamağa meyllidir.