Nağd pulla bağlı qaydalara dəyişiklik ediləcək

13:21 20.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətli vasitələrin saxlanması və inkassasiyası Qaydası”na dəyişikliklər edilməsi nəzərdə tutulub.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov deyib. O bildirib ki, əsas məqsəd kommersiya banklarında biznes proseslərini baş verən dəyişikləri əhatə etməkdir.

Anar Dadaşov əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən nağd pula tələbat qalmaqdadır:

Azərbaycan Mərkəzi Bankının əsas vəzifəsi vətəndaşların bütün ödəniş vasitələrinə çıxışının təmin edilməsidir".

Bildirilib ki, əsas dəyişikliklərdən biri nağd pulla bağlı avadanlıqlara tələbin müəyyən edilməsidir. Artıq Mərkəzi Bank bununla bağlı banklarla iş aparır.