Yazını böyüt
Yazını kiçilt
Afinanın Nea Smyrni rayonunda kafeyə gələnlərə tibbi maskalı və papaqlı naməlum şəxs atəş açıb. Bu barədə ERT portalı məlumat yayıb.
Atışma zamanı iki nəfərin həlak olduğu bildirilir. Daha bir qadın yaralanıb.
Ehtimallara görə, atışmaya səbəb yerli mafiya icmasının nümayəndələri arasında baş verən qarşıdurma olub.
Portalın məlumatına görə, tibbi maskalı şəxs küçədə kafe masalarının arasından keçib. O, bir masa arxasında oturan insanlara atəş açıb, sonra qaçıb. Hadisə insanların çox olduğu yerdə baş verib.