Yazını böyüt
Yazını kiçilt
Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun keçidini açıqlayıb.
Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Namiqlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Namiq Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, 2020/21 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.