Nardaran sakini tüfəngini polisə təhvil verib

13:00 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nardaran sakini tüfəngini polisə təhvil verib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xəlilov 1 ədəd müvafiq sənədləri olmayan “İJ-18" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.