Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

12:59 23.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir