Yazını böyüt
Yazını kiçilt
Naxçıvanda yük avtomobilində yanğın və partlayış olub.
Hafta.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralında baş verib. Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub. /"Report"/