Nazir onları rəis təyin etdi

15:48 14.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev isə digər əmrlə Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə göndərilib.