Yazını böyüt
Yazını kiçilt
Səhiyyə Nazirliyi övladı bağçaya gedən valideynlərə müraciət edib.
Hafta.az xəbər verir ki, məlumatda özünü narahat hiss edən uşaqların bağçaya göndərilməməsi tövsiyə edilib:
“Övladınızda xəstəlik, qızdırma, boğaz ağrısı, burun axması, öskürək, iştahsızlıq, halsızlıq və əlamətlər müşahidə olunursa, onları bağçaya göndərməyin.
Bağçaya gedən övladlarınıza əl yuma alışqanlığı qazandırın, öskürərkən və ya asqırarkən ağzını, burnunu dəsmalla tutmasını söyləyin. Yeməkdən əvvəl-sonra, tualetdən əvvəl-sonra əllərini su və sabunla yumağı öyrədin”.