Nə qədər çox interkannektorlar olsa, satış bazarımız da genişlənəcək - Xalid Kərimli

14:02 28.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.

Bunu hafta.az-a iqtisadçı ekspert Xalid Kərimli Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması və əhəmiyyətini şərh edərkən bildirib.

X.Kərimli Anlaşma Memarandumun imzalanmasının Azərbaycan üçün iki əsas istiqamətdə  xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Ekspert birinci mühüm amil kimi bunu qazın satış coğrafiyasının  genişləndirilməsi ilə əlaqələndirib. İqtisadçı qeyd edib ki, ıq, bu, mayeləşmiş qaz olmadığı üçün Azərbaycan qazı  borularla satır.

“Yəni hara boru çəkiriksə, ora qaz sata bilərik. Azərbaycan özü öhtəliyinə düşənləri edib. Qazın “Şahdəniz”də çıxarılması, istismarı üçün investisiya qoymuşuq. TANAP layihəsinin tikintisində öz hissələrimizi maliyyələşdirmişik.  TAP-da SOKAR tikintini həyata keçirdib və öz hissələrini maliyyələşdirib. İndi Avropa ölkələri razılaşdırılmalara uyğun olaraq interkonnektor  vasitəsi ilə boruları öz ərazilərinə çəkirlər. Bu, bizim  üçün ona görə əhəmiyyətlidir ki, nə qədər çox interkannektor olsa, satış bazarımız da genişlənəcək. Satış coğrafiyamızın genişlənməsi bizim hansısa alıcılardan asılı vəziyyətə düşməmizə imkan verməyəcək. Yəni məhsulumuzu daha çox alıcıya satmaqla məhsulumuzu daim bazar qiymətinə satacağıq. Yəni bununla da bazar risklərimizi aşağı salırıq”.

Ekspert Anlaşma Memarandumun digər əhəmiyyətli məsələsi kimi  siyasi və strateji partnyorların tapılması və münasibətlərin yaxşılaşması, eyni zamanda yeni imkanların yaranmasını önə çəkib. Onun sözlərinə görə, bu ölkələrlə ticari əlaqələrin yaxşılaşması, enerji təhlükəsizliyində rol almaqla ölkələr arasında münasibətləri yaxşılaşdırmaqla qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradır.