Neft hasilatının azaldılması bir ay uzadıldı

19:44 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neft hasilatında hazırkı azalma səviyyəsi daha bir ay davam edəcək. Bu barədə "OPEC" ölkələrinin iclasının yekun kommünikesində bildirilib.

Sənəddə deyilir: "2020-ci ilin may və iyun ayları üçün razılaşdırılmış hasilatın azaldılmasının birinci mərhələsinin daha bir ay, yəni 2020-ci ilin iyul ayının sonuna qədər uzadılmasına qərar verilir".

 

"OPEC" hasilatı 100% azaltmayan ölkələrə iyul - sentyabr aylarında öhdəliklərini tam olaraq yerinə yetirmələrini tapşıracaq. Sənəd layihəsində deyilir ki, OPEC + Nazirlər Monitorinq Komitəsi bu ilin sonuna qədər ayda bir dəfə olmaqla toplanacaq.

Oxunma sayı 1956