Neftimizin qiyməti 66 dolları ötüb

10:03 11.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 2 dollardan çox bahalaşıb.

Hafta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.05 ABŞ dolları və ya 3.2% artaraq 66,16 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,11 ABŞ dolları təşkil edib.