Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) hafta.az-a bildirilib ki, hadisə zamanı iki nəfər hadisə yerində həyatını itirib, üç nəfər xəstəxanaya çatdırılıb.
"Avtomobili idarə edən 1999-cu il təvəllüdlü Abşeron rayon sakini Ayşən Məmmədova olub. Hadisə nəticəsində sərnişin qismində avtomobildə olan sürücünün anası, 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və sürücünün qızı, 2018-ci il təvəllüdlü Məmmədli Firuzə Samir qızı hadisə yerində həlak olublar. Sürücünün özü və digər iki övladı - 2016-cı il təvəllüdlü Əsmər Samir qızı Məmmədli və 2012-ci il təvəllüdlü Alxan Samir oğlu Məmmədli ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Baş Dövlət Yol Polisi idarəsi bir daha sürücülərdən xahiş edir ki, sükan arxasında olarkən son dərəcə diqqətli olsunlar, sürət həddinə, yol şəraitinə diqqət yetirsinlər", - deyə məlumatda bildirilir.