Nobel laureatlarına mükafatlar təqdim olunub

21:21 10.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçin paytaxtı Stokholmda Nobelin builki laureatlarına mükafatlar təqdim olunub.

Hafta.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, təqdimetmə mərasimində İsveç Kralı ХVI Karl Qustav da iştirak edib.

Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.