Son layihəsi “Oppenheimer” ilə bu il "Oskar"a damğasını vuran Kristofer Nolanın yeni filmi maraqla gözlənilsə də, gizli detallar sızmağa başlayıb.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, adının açıqlanmasını istəməyən mənbələr Universal Pictures ilə yenidən müqavilə imzalayan rejissorun növbəti filmini 17 iyul 2026-cı ildə təqdim etməyi planlaşdırdığını bildirib.
Sızdırılan məlumatlar arasında “Oppenheimer”də də oynamış Mett Deymonun layihədə iştirak edəcəyi gözlənilir. 2014-cü ildə ekranlara çıxan “Interstellar”da da rol alan 54 yaşlı aktyor bu layihəyə qoşulsa, Nolanla üçüncü dəfə çalışacaq.
Eyni ulduzları fərqli layihələrdə istifadə edərək diqqət çəkən rejissor 8 filmdə Ser Maykl Keyni, 6 filmdə Sillian Merfini, 4 filmdə Kristian Beyl və Qari Oldmanı, 3 filmdə Kennet Branaq, Morqan Friman və Tom Hardini canlandırıb.
Filmdə Deymondan başqa kimin görünəcəyi bəlli deyil.
Bütün Nolan layihələrində olduğu kimi bu dəfə də ssenari ilə bağlı təfərrüatlar gizli saxlanılır. Digər tərəfdən, mənbələr çəkilişlərin 2025-ci ilin əvvəlində başlayacağını bildirir.
Rejissorun bütün 12 bədii filminin prodüseri olan Oskar mükafatlı həyat yoldaşı Emma Tomas may ayında Kristofer Nolanın artıq növbəti layihəsinə hazırlaşdığını təsdiqləyib: "Deyə bilərəm ki, bu, çox həyəcanlıdır. Biz elə bir məqamdayıq ki, imkanlar sonsuzdur, biz hələ detalları düşünməyə başlamamışıq”.
2023-cü ilin noyabrında gələcək film planlarından danışan Nolan "hər şeyə açıq olduğunu" deyib: "Bir yazıçı və rejissor kimi nə etsəm də, bunu tamamilə özümə aid hiss etməliyəm. İlkin ideyanın mikrobu başqa yerdən gələ bilər, amma o, klaviaturada barmaqlarımdan keçib yalnız mənim gözlərimlə çıxmalıdır”.
Britaniyalı rejissorun son tarixi dramında Cillian Mörfi dünyanın ilk atom bombasının yaradılmasına cavabdeh olan amerikalı fizik C.Robert Oppenheimer rolunda çəkilib.
Mörfinin baş roldakı performansı ona Ən Yaxşı Aktyor Akademiyası Mükafatını gətirsə də, kiçik Robert Dauni tərəfindən canlandırılan admiral Lyuis Strauss obrazı da ona ən yaxşı ikinci plan aktyoru nominasiyasında ilk Oskarını qazandırdı.
“Oppenheimer”, ABŞ-da 328,9 milyon dollar, dünya üzrə isə 975,6 milyon dollar kassa gəlirinə sahib idi.