Rusiya Türkiyə də daxil olmaqla daha 8 ölkədə atom elektrik stansiyaları tikir.
Hafta.az-ın yazdığına görə, “Rossiyskaya qazeta” bu ölkələri Banqladeş, Belarus, Macarıstan, Misir, Hindistan, İran, Çin və Türkiyə olduğunu qeyd edib.
Qəzet bu layihələrin mərhələləri haqqında xülasə yayımlayıb.
Çində Tianvan AES. Dörd enerji bloku fəaliyyətdədir, iki blok da tikilir.
Hindistanda Kodankulam AES. İki enerji bloku işləyir, dörd bloku da tikilir.
İranda Buşehr AES. Birinci enerji bloku istismara verilib, iki blokun tikintisi davam edir.
Belarus AES. Birinci enerji bloku işləyir, ikinci blok fiziki istismar mərhələsindədir.
Banqladeşdə Ruppur AES. Tikinti davam edir, nüvə yanacağının nəqli mərhələsinə hələ çatmayıb.
Macarıstanda Paks AES. Rusiya Paks şəhərində mövcud AES-in genişləndirilməsi layihəsini öz üzərinə götürür. Paks II adlanan layihədə ilk beton payızda töküləcək.
Misirdə AES tikintisi üçün layihələndirmə işləri tamamlanıb, tikintiyə hələ başlanılmayıb.
Türkiyədə Akkuyu AES. Nüvə yanacağı elektrik stansiyasına nəql edilib. Bu münasibətlə Ərdoğan və Putinin onlayn iştirakı ilə mərasim keçirilib.