Azərbaycan ilə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının gələcək əməkdaşlığı müzakirə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən hafta.az-a bildirilib ki, nazir Ramin Quluzadə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının icraçı katibi Lassino Zerbo ilə görüşüb.
Görüş zamanı ölkəmizdə nəqliyyat və İKT sahəsində həyata keçirilən son yeniliklər, nüvə tədqiqatları sahəsində müxtəlif təşkilatlarla reallaşdırılan layihələr, kadr potensialının inkişafı və bu sahədə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə məlumat verilib. Eyni zamanda, təşkilatın Azərbaycanla gələcək əməkdaşlıq məsələləri, ölkəmizdə gənclərə elmi-texniki treninqlərin keçirilməsi sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
İcraçı katib gələcəkdə Azərbaycanla bu sahədə uğurlu əməkdaşlığa hazır olduqlarını bildirib.