Oftalmoloji xeyriyyə aksiyasında 65 jurnalist müayinə olunub

16:51 29.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Modern” media qrupu ilə Azərbaycan Tibb Universitetinin (ATU) ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil edilib.

Universitetin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, xeyriyyə aksiyası Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə keçirilib.

Aksiya zamanı 65 jurnalist müayinə olunub. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov müxtəlif göz əməliyyatları yerinə yetiriblər. Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da keçiriləcək.

Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir. Aksiyalarda şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.