Yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y.Bayramovun yaşadığı Göygöl rayonu Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Hadisə yerinə baxış zamanı evin 90 kvm. sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilmiş, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.
Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.