Oğuzda ev yanıb

09:00 22.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Qumlaq kəndində ümumi sahəsi 134 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.