Ölkəmizin Mərkəzi Asiyada mövqeləri daha da güclənəcək - Mətin Məmmədli

18:32 22.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Özbəkistana səfəri müxtəlif aspektlərdə təhlil olunur. Ekspertlər səfərin əhəmiyyətini dünyada baş verən son hadisələr – Rusiya–Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqətlə izləyir, təhlillər aparır.

Prezidentin Özbəkistan səfərini hafta.az-a şərh edən politoloq Mətin Məmmədli hesab edir ki, ölkə Prezidentinin Özbəkistana səfərinin bizim üçün iqtisadi-siyasi əhəmiyyəti böyükdür. Özbəkistanın Mərkəzi Asiyanın iki aparıcı ölkəsindən biri olduğunu deyən M.Məmmədli çox böyük iqtisadi potensialı olan bir dövlətlə ölkəmizin münasibətlərinin inkişaf etdirilməsini mühüm əhəmiyyətə malik mərhələ kimi dəyərləndirib.

“Onu da nəzərə almaq lazımdır ki, Özbəkistanın hazırkı prezidenti hakimiyyətə gəldikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə daxil olub, daha da inkişaf edib. O da təqdirəlayiq haldır ki, Özbəkistan Azərbaycan ərazilərinin bütövlüyünü birmənalı olaraq müdafiə edib”.

Politoloq hesab edir ki, Özbəkistanla əlaqələrə həm də bu kontekstdən yanaşmalıyıq. Onun fikrincə, bütövlükdə bu səfər Azərbaycan–Özbəkistan əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcək, eyni zamanda ölkəmizin Mərkəzi Asiyada mövqelərinin daha da güclənməsinə xidmət edəcək.
“Bu səfər müddətində iki ölkə münasibətlərinin bir çox sahələrini əhatə edən sazişlər imzalanıb.

Xüsusilə də hərbi-texniki sahədə əməkdaşlıq sazişi və iqtisadi sferaya dair sənədlər imzalanıb. Bu da iki ölkənin qarşılıqlı olaraq əməkdaşlığa nə qədər dəyər veridyini sübut edir. Əsas saziş iki ölkə arasındakı strateji tərəfdaşlığın rəsmiləşdirilməsi ilə bağlı imzalanmış sənəddir və hesab edirəm, bu sənəddə iki ölkə münasibətlərinin yeni səviyyəyə qaldırılmasını özündə ehtiva edir”.

Siyasət rubrikasından digər xəbərlər