“OPEC+”ın məqsədi mümkün ssenarilərə qarşı tədbir görməkdir” – Şahzadə Əbdüləziz bin Salman

09:15 24.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib ki, OPEC+ ittifaqı gələcək mümkün ssenarilərə qarşı tədbir görməyi hədəfləyir.

Haafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, şahzadə Əbdüləziz Dohada keçirilən Qətər İqtisadi Forumunda deyib: “OPEC+-nın məqsədləri ayıq olmaq, təşəbbüs göstərmək və gələcəkdə baş verə biləcəklərə qarşı tədbir görməkdir”.

Bazarda tələb və təklifə sadiq qalmağın vacibliyini vurğulayan Səudiyyə naziri, "Enerji bazarında təhlükəsizlik və sabitliyi təmin etmək üçün gələcəyə baxışımız olmalıdır" deyib.

Şahzadə Əbdüləziz çıxışında hidrogen sektoruna toxunaraq deyib ki, bu sektorla bağlı dünyada sərmayəçilər üçün dəqiq siyasət yoxdur. Baxış aydın olmadığı halda, gələcəyin enerjisindən danışmaq olmaz.

OPEC+ ittifaqının hər hansı tənqiddən asılı olmayaraq proaktiv, qabaqlayıcı və gələcək tədbirləri görməyə davam edəcəyini vurğulayan şahzadə Əbdüləziz, “Gələcəyin qayğısına qalacaq qədər cəsarətli olmalıyıq. Bu ay, gələn ay və ya növbəti ay üçün vəziyyəti idarə etməyə imkan yarada biləcək siyasətlərlə ən vacib hədəflərimizə çata bilərik” deyib.