Oteldə atışma olub - ölənlər var

23:20 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kanadanın Hamilton şəhərinin Ontario əyalətində oteldə atışma olub.

Hafta.az-ın"RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Həlak olanlar kişi və qadındır. Daha iki kişi isə xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.

Polis baş vermiş hadisənin təfərrüatlarını araşdırır. Rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühasirəyə alınıb.