Ötən ay Azərbaycandan Avropaya qaz satışının həcmi açıqlanıb

14:05 13.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin yanvar ayında Azərbaycandan xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Energetika Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb.

Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.