Yazını böyüt
Yazını kiçilt
Cari ilin sentyabrında dəniz nəqliyyatı ilə ümumilikdə 107 min 909 ton yük daşınıb ki, bu yüklərin dəyəri 63 milyon 179 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 15 min 895 ton yükün dəyəri 6 milyon 492 min dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 92 min 14 ton, dəyəri isə 56 milyon 688 min dollar təşkil edib.