Ötən gün 31 mindən çox şəxsə vaksin vurulub

17:28 14.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 31028  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26347 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4681 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1243191nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 813413 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429778 nəfərdir.