Ova cəhd edən şəxslər cəzalandırıldı

15:13 26.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib.

 

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”,- o qeyd edib.

Oxunma sayı 134