Özbəkistan yığması Paris-2024-də

23:20 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Özbəkistan yığması Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, komanda bu uğura 23 yaşadək futbolçular arasında keçirilən Asiya kubokunda nail olub.

Reqlamentə görə, turnirdə ilk 3 yeri tutan yığmalar Olimpiadaya vəsiqə qazanacaqlar. Yarımfinalda İndoneziyaya 2:0 hesabı ilə qalib gələn Özbəkistan finala yüksəlməklə Oyunlara lisenziya əldə edib.

Qeyd edək ki, özbəklər mayın 5-də Asiya kubokunun finalında Yaponiya – İraq cütünün qalibi ilə qarşılaşacaqlar.