Özbəkistanın beynəlxalq ehtiyatları artıq üçüncü aydır ki, azalır. İyun ayında ehtiyyatlar 649,3 milyon dollar azalaraq 33,72 milyard dollar təşkil edib. Valyuta ehtiyatları 2013-cü ildən bəri rekord həddə düşüb.
Hafta.az-ın yazdığına görə, Mərkəzi Bankın məlumatında deyilir ki, 2023-cü il iyulun 1-nə Özbəkistanın rəsmi ehtiyat aktivləri iyun ayında 649,3 milyon dollar azalaraq 33,72 milyard dollar təşkil edib. Ehtiyatlar artıq üçüncü aydır ki, azalır və ilin əvvəlindən indiyədək 2 milyard dollardan çox enib.
Xarici valyuta ehtiyatları 514,2 milyon dollar azalaraq 9,58 milyard dollar olub. Bu, 2013-cü ildən bəri statistik məlumatların saxlandığı bütün dövr üçün rekord aşağı göstəricidir. İlin əvvəlindən valyuta ehtiyatları 2,07 milyard dollar azalıb.
Qızıl ehtiyatlarının dəyəri isə 137,1 milyon dollar azalaraq 23,08 milyard dollar olub. Qiymətli metalın fiziki həcmi 0,2 milyon troy unsiya (6,2 ton) artaraq 12,1 milyon troya unsiyaya (təxminən 376,3 ton) çatıb.
Qızılın alınması fonunda ehtiyatların azalması qızıl kotirovkalarının - iyunun sonunda bir unsiya üçün 1987,3-dən 1931,9 dollara düşməsi ilə əlaqədardır.