Məşhur özbək müğənni Yulduz Turdiyeva türk ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi" hərəkatına əsgər salamı göndərməklə dəstək verib.
Hafta.az yazır ki, Bakıda Heydər Əliyev Sarayında gerçəkləşdirilən “Özbəkistandan sevgilərlə” adlı konsert proqramında bir-birindən gözəl mahnılar ifa edən müğənni, səhnədə Özbəkistan, Türkiyə və Azərbaycan qardaşlığına işarə olaraq münasibətlər bildirib.
Özbəkistanın xalq artisti Yulduz Turdiyeva, konsertdə həm də müğənni Pınar Eliçe ilə duet də oxuyub. Yulduz Turdiyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistanda “Bərabər yürüdük biz bu yollarda” adlı mahnı oxuduqlarını xatırladıb və sonra həmin mahnını Eliçe ilə birlikdəduetdə ikilikdə oxuyub.
Konsert başa çatandan sonra Türkiyə Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalanla bir araya gələn Yulduz Turdiyeva, Türkiyənin terrorla mübarizəsini tam dəstəklədiklərini deyib. Altınalanın "bu dəstəyi əsgər salamı verərək göstərməniz mümkündürmü” istəyi, özbəkistanlı müğənni və digər musiqiçi yoldaşları tərəfindən alqışla qarşılanıb. Yulduz Turdiyeva və musiqiçi yoldaşları türk əsgərinə və Türkiyənin güneyində yaradılmasına səy göstərilən terror dəhlizini yox etmək məqsədilə başladılan "Sülh çeşməsi" hərəkatına dəstəklərini bildirmək üçün əsgər salamı verərək xatirə şəkli çəkdiriblər.