Pakistanda koronavirusa yoluxanların sayı artıb

11:39 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanda koronavirusa yoluxanların sayı yeddi nəfərə çatıb.

Bu haqda Pakistan Baş Nazirinin səhiyyə məsələləri üzrə müşaviri Zafar Mirza məlumat verib. O deyib ki, artıq bir xəstə sağalıb və evə buraxılıb, digəri isə bu günlərdə evə gedəcək.

Zafar Mirza bildirib ki, xəstəliyin müalicəsinə və yayılma təhlükəsinə düzgün yanaşdıqda yaxşı nəticə əldə etmək mümkündür. Bizim təcrübəmiz bunu göstərir.