Pakistanda partlayış - 7 polis öldü

21:42 12.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qarşı törədilən partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb.

Hafta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xəbərə görə, uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində beş polis əməkdaşı hadisə yerində, daha iki nəfər isə xəstəxanada ölüb.

Hücumun məsuliyyətini "Təhriki-Taliban" qruplaşması öz üzərinə götürüb.