“Xəbər verildiyi kimi, iyunun 19-u - bazar günü axşam saatlarında Araqatsotn rayonunun Niqavan kəndində atışma baş verib. Nəticədə 7 nəfər yaralanıb. Dünən məlum olub ki, onlardan üçü ölüb. Polisin hesabatına görə, atəşlər ov tüfəngindən açılıb”.
Hafta.az xəbər verir ki, bunu yazan Ermənistanın "Past" qəzeti daha sonra bir sıra yeni təfərrüatları açıqlayır.
“Media hadisənin siyasi zəmində baş verdiyini, nəticədə hakimiyyət tərəfdarlarının (hakimiyyətin qohumları da daxil olmaqla) əlbəyaxa davası baş verdiyi və atəş açıldığını yazıb. Hakimiyyət "siyasi çalarları" və onların daxili əlaqələrini inkar etməyə tələsib və polis hesabatında olayda “daxili siyasi çalarları”n olmadığı və məişət zəminində baş verdiyi bildirilib.
Bununla bağlı “Past” qəzeti yeni təfərrüatlardan xəbərdar olub. Nəşrin materiallarına görə, atışmadan dərhal sonra Nikol Paşinyan Göyçə sahilindəki hökumət bağ evində görüş təşkil edib. Tədbirdə yalnız polis rəisi və hüquq-mühafizə sisteminin digər qurum rəhbərləri deyil, həm də “Vətəndaş razılaşması” partiyasının bir qrup əsas nümayəndəsi də iştirak edib.
Görüş gecə saatlarına qədər davam edib. Bütün bu müddət ərzində Paşinyanın təhlükəsizlik xidməti Göyçə-İrəvan magistralında gücləndirilmiş nəzarət qurublar.
Nəşrin yazdığına görə, Paşinyan ilk növbədə incident haqda məlumatları tirajlamamağı və mövzunu bir daha “təbliğ etməməyi” tapşırıb. Üstəlik, baş nazir açıq şəkildə heç kimin olay haqda şərh verməməsini və hüquq-mühafizə orqanlarının hadisənin siyasətdən kənar bir insident olduğunu vurğulamalarını tapşırıb.