İyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır.
“Məlumat var ki, Vaşinqtonda müzakirə edilən sənəd əsasında Münasibətlərin nizamlanmasına dair saziş adlanan sülh müqaviləsi imzalansın. Dünən Ermənistan Milli Assambleyasında Paşinyan deyib: “Hər şey belə getsə, mən çox sevinərəm. Pis deyil, yaxşı xəbərdir”.
Bu arada Mülki Müqavilə partiyasının nə baş verə biləcəyindən az-çox xəbərdar olan üzvləri dua edirlər ki, Vaşinqtondan sonra heç bir sənəd imzalanmasın, çünki bu, ABŞ-Rusiya qarşıdurmasında yeni bir cəbhə açaraq yeni müharibəyə gətirib çıxaracaq. Ermənistan isə ortada qalacaq, qələbə ilə çıxa bilməyəcək”.