Paytaxtda bu gün bağlanan yollar açılıb

19:48 20.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan yollar açılıb.

Bu barədə hafta.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O deyib ki, paytaxt yollarında hərəkət tam olaraq açıqdır.

Qeyd edək ki, Ümumxalq Hüzn günü ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılmışdı.