Peyvənd olunanların sayı açıqlandı

17:00 28.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67400 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51043 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8417975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4730132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3687843 təşkil edir.